Naz, qəmzə, şivə; qəmzəli baxış.
Ə.Fəhmi naz sözünün sinonimlərini belə izah edir:
“1) Əgər naz gözəlin hərəkətlərindədirsə, ona işvəli gözəl deyirlər;
2) Naz gözəlin baxışlarındadırsa, ona qəmzəli gözəl deyirlər;
3) Naz gözəlin söhbətlərindədirsə, ona şivəli gözəl deyirlər”.
(Pedaqoji elmlər namizədi Çimnaz Əliyeva. “Ustad sözü. Əli Fəhminin mühazirələrindən bəzi məqamlar”. “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı, №1 1997, səh.70).
Bizim göldə ördək olur, qaz olur,
Gözəllərdə işvə, qəmzə, naz olur.
(“Heydər bəy”)
*
İşvə məndə, qəmzə məndə, naz məndə,
Aşıq öldürməyə gözəl söz məndə.
(“Qurbani. Diri versiyası”)
*
Kaman qurub, oğrun durub,
Mənə işvə-naz eyləyir.
Corab toxur, cəh-cəh oxur,
Qumrutək avaz eyləyir.
(“Qurbani”)